Accessibility links

Azərbaycanın 3 hərbçisi həlak olub


Cəbhədə döyüşlər davam edir

Sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidmətinin məlumatına görə, Ermənistan hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu öldürülüb, çoxlu sayda yaralısı var.

“Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbi qulluqçusu, Rauf Vəliyev, Neman Əhmədzadə və ZöhrabMustafazadə şəhid olub”, məlumatda qeyd edilir.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və qoşunların təmas xəttində təxribatların qarşısını almaq məqsədilə düşmənə qarşı müvafiq tədbirlər həyata keçirilir.

Ermənistan tərəfi yalnız cəbhə xəttində atəşkəs rejiminin pozulması barədə məlumat yayıb. İtkilər barədə məlumat verilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG