Accessibility links

Elmar Məmmədyarov: Bütün terror aktları motivindən asılı olmayaraq mühakimə olunmalıdır


Xarici işlər naziri Elmar Məmmədyarov
Xarici işlər naziri Elmar Məmmədyarov

Nazir İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin illik əlaqələndirici görüşündəki çıxış edib

"Ötən bir neçə ay ərzində Bəhreyn, Kamerun, Misir, Küveyt, Nigeriya, Türkiyə və Yəməndə törədilmiş terror aktları bir daha terrorizm əleyhinə mübarizənin ön cəbhəsində olan ölkələr və xalqlar ilə güclü həmrəyliyə, eləcə də gücləndirilmiş beynəlxalq əməkdaşlığa və bu bəlanı aradan qaldırmaq üçün individual və kollektiv səylərə ehtiyacın olduğunu nümayiş etdirir. Biz həlak olmuş şəxslərin ailələrinə, eləcə də terror hücumlarına məruz qalmış dövlətlərin hökumətləri və xalqlarına dərin hüznlə başsağlığı veririk".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin Nyu-Yorkda keçirilən illik əlaqələndirici görüşündəki çıxışında bildirib.

Nazir deyib ki, Azərbaycan zorakı ekstremizm və terrorizmin bütün təzahür və formalarını qəti şəkildə qınayır.

"Bütün terror aktları motivindən asılı olmayaraq qəbuledilməzdir, ağır cinayət sayılır və qınanmalı və mühakimə olunmalıdır. Eyni zamanda, terrorizmlə müharibə hər hansı bir dini və ya mədəniyyəti hədəf almaq üçün istifadə oluna bilməz və olunmamalıdır. Bu prinsip hər bir terrorizm əleyhinə strategiyanın bir hissəsi olmalıdır. Biz bir daha islamafobiyanın həyəcan təbili çalacaq formada artması ilə bağlı dərin narahatçılığımızı bildiririk. Biz dinə qarşı bütün hücumları qəti qınayırıq və onlara ifadə azadlığı bəhanəsi altında hər hansı bir bəraət qazandırmaq cəhdlərini rədd edirik".

O, qeyd edib ki, İslam və müsəlmanlara qarşı nifrət aşılayan səhv mənfi rəylərin yaranmasını dayandırmaq üçün İƏT-ə üzv ölkələrin səylərinin daha da gücləndirilməsi tələb olunur.

"Azərbaycan İƏT-in proqramlarını və təşəbbüslərini dəstəkləyir və İƏT-in Onillik Fəaliyyət Proqramı və onun əsasında nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Bu xüsusda, biz gələn onillik ərzində həyata keçiriləcək yol xəritəsi ilə bizi təmin edəcək “İƏT-2025: Fəaliyyət Proqramı”nın ən qısa müddətdə qəbul olunmasını səbirsizliklə gözləyirik".

Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında münaqişənin baş verməsindən sonra İƏT BMT Təhlükəsizlik Şurasının müvafiq qərarlarına əsaslanaraq, Ermənistanın Azərbaycan ərazilərinə qarşı hərəkətlərinin təcavüz olduğunu açıq-aşkar elan edib və Azərbaycan əleyhinə güc tətbiqini və ərazilərin işğalını mümkün olan ən qəti ifadələrlə mühakimə edib.

Məmmədyarov deyib ki, Azərbaycan Fələstin xalqına sülh əldə etmək və Şərqi Əl-Qüds paytaxt olmaqla, müstəqil dövlət yaratmaq uğrunda mübarizəsinə tam dəstəyini bir daha təsdiq edir.

"Azərbaycan Yaxın Şərqə sülh və sabitlik gətirəcək və bütün səyləri o sonluğa səfərbər edəcək “iki—Dövlət həll yolu”na sadiqdir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG