Accessibility links

Arif Hacılı: Müsavat Partiyası seçkidə iştirak qərarına yenidən baxacaq [Video]


Arif Hacılı: Müsavat Partiyası seçkidə iştirak qərarına yenidən baxacaq
please wait

No media source currently available

0:00 0:04:35 0:00

Müsavat Partiyasının başqanı seçkiqabağı mühitin demokratik seçki üçün əsas vermədiyini bildirib

"Müsavat Pariyası 70-dən artıq seçki dairəsindən deputatlığa namizədlərini irəli sürüb. İndiyədək cəmi 12 deputalığa namizədimiz qeydə alınıb, 12 nəfər nüfuzlu müsavatçının deputatlığa namizədinin qeydə alınmasından imtina edilib. Bir nəfər belə müxalifətçi qadının deputatlığa namizədliyi qeydə alınmayıb. Digər seçki dairələri üzrə isə namizədliyini irəli sürdüyümüz üzvlərimiz barədə hansı qərar qəbul ediləcəyini gözləyirik." Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun fikrincə, imzatoplama kampaniyası dövründə Müsavat Partiyasının fəalları, tərəfdarları təzyiqlərlə üzləşib.

“İlk dəfə olaraq imzatoplama kampaniyası zamanı imza toplayanalarla yanaşı müsavatçılara imza verənlər də təzyiqlərlə üzləşib. Belə bir vəziyyət Belorusda da olmayıb. Kampaniya zamanı fəallarımız həbs edilib, oğurlanıb. İmza toplayanlar və imza verən seçicilər təzyiq və təqiblərə məruz qalıb. İmza verən şəxslərə imzalarından imtina etmələri üçün təzyiqlər edilib”, o qeyd edib.

Hacılı seçkiqabağı mühitin, mövcud qanunvericiliyin demokratik seçki keçirməyə imkan vermədiyini bildirib.

“Ölkədə sanki seçki yoxdur. 8 televiziya kanalının heç biri seçki ilə bağlı veriliş təşkil etmir. Hətta iqtidar partiyasının xeyrinə də verilişlər yoxdur. Seçki komissiyalarının hamısı iqtidarın nəzarəti altındadır, müstəqil media yoxdur, toplaşmaq azadlığı təmin edilmir”.

Müsavat Partiyası belə bir çəraitdə seçkilərdə iştirak edir.

“Müsavat Partiyasının seçkilərdə iştirakı müxalifətin mövcudluğunu və müqavimət göstərdiyini sübut edir. Seçkiləri boykot etmək çox asandır. Seçkidə iştirakın çətinliyi bunu deməyə əsas verir. Biz imzatoplama kampaniyası zamanı 300 mindən çox seçici ilə görüşmüşük”, o qeyd edib.

Arif Hacılı bununla yanaşı partiyanın seçkidə iştirakla bağlı qərarına yenidən baxacağını da diqqətə çatdırıb.

“Qərarımıza oktyabrın 10-da Divanın toplantısında baxacağıq və bundan sonra seçkidə iştirak edib-etməyəcəyimiz müəyyən olacaq”.

O həmçinin seçkidə iştirak edib-etməməklə bağlı NİDA və REAL hərəkatları ilə birgə müzakirə aparacaqlarını da deyib.

Hacılı hökumətin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 380 müşahidəçisini qəbul etməməsini kəskin tənqid edib.

“Seçkilərdə əsas müşahidə missiyası ATƏT-indir. Biz hökuməti ATƏT-in müşahidə missiyasını ölkəyə buraxmağa çağırırıq. Azərbaycan hökuməti Avropa Oyunlarında minlərlə insanı taksi pulu da daxil olmaqla bütün xərclərini ödəməklə ölkəyə buraxdı, amma bütün xərclərini özləri ödəyən ATƏT-in 380 müşahidəçisini ölkəyə buraxmağa hazır olmadığını bildirir”.

Müsavat Partiyası qurumun son qurultayından keçən dövr ərzində görülən işlər barədə də məlumat verib. Artıq partiyanın bütün qurumları demokratik seçki yolu ilə tam formalaşıb.

“Müsavat Partiyasının sonuncu qurultayı Azərbaycanın siyasi həyatı üçün nümunədir. Müsavat başqanı Azərbaycan siyasi həyatında ilk dəfə olaraq iki dəfə seçildikdən sonra namizədliyini irəli sürmədi. Demokratik və gizli seçki yolu ilə partiyanın yeni başqanı seçildi. Bundan sonra da belə olacaq, partiya demokratik ənənələri davam etdirəcək. Amma bəzi fikir ayrılıqları da oldu. Bu da normal haldır. Müsavatı parçalamaq cəhdləri süquta uğradı.14 partiya üzvünü nizamnaməni pozduğuna görə partiya sıralarından uzaqlaşdırdıq. 100-dək müsavatçı bu və ya digər səbəblərdən partiyadan uzaqlaşdı. Ancaq qurultaydan keçən dövrdə yüzlərlə yeni insanlar partiyaya üzv olub”, o qeyd edib.

Hacılı Müsavat Partiyasının beynəlxalq əlaqələrinin də uğurla davam etdirildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG