Accessibility links

AMİP sədri istefa verib


Yusif Bağırzadə
Yusif Bağırzadə

Yusif Bağırzadənin istefasının səbəbləri bəlli deyil

Müxalifətdə olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə oktyabrın 6-da istefa verdiyini bildirib. O, partiya sıralarından istefa verib. Bağırzadə istefasını səhhətindəki problemlərlə əlaqələndirib.

AMİP Bağırzadənin istefa verdiyini təsdiq etsə də, istefanın səbəbləri ilə bağlı hələ hər hansı şərh verməyib.

“İndiyədək Yusif Bağırzadə ilə əlaqə yaratmaq mümkün olmayıb və onun istefasının səbəbləri bizə bəlli deyil”, AMİP-dən Amerikanın Səsinə bildiriblər.

Bağırzadənin öz telefonları hazırda zəngləri qəbul etmir.

Yusif Bağırzadə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüşdü. Sonra Dairə Seçki Komissiyası imza vərəqələrini ona çox gec təqdim etdiyinə görə seçkidən imtina etdiyini bildirib.

AMİP-in növbəti 11-ci qurultayının bu ilin oktyabrında olacağı gözlənilir.

XS
SM
MD
LG