Accessibility links

Kosta Rikanın xarici işlər naziri Azərbaycanda səfərdədir


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

O indiyədək Azərbaycana Kosta-Rikadan Bakıya səfər edən ilk yüksək səviyyəli dövlət nümayəndəsidir

Oktyabrın 18-21-də Kosta Rikanın xarici işlər və etiqad naziri Manuel Qonsales Sans Azərbaycanda rəsmi səfərdə olacaq.

Oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Kosta-Rikanın xarici işlər və etiqad naziri ilə görüşüb.

Prezidentin rəsmi saytının məlumatına görə, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyəndövlət başçısı Azərbaycanın ikitərəfli münasibətləri genişləndirməkdə maraqlı olduğunu vurğulayıb, əlaqələrin gələcəkdə müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət, mədəniyyət və digər sahələrdə genişləndirilməsinin vacibliyini qeyd edib.

M. Sanz isə indiyədək Azərbaycana Kosta-Rikadan ən yüksək səviyyəli dövlət nümayəndəsi kimi səfər etməsindən məmnunluğunu bildirib. Nazir ölkəsinin Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

Səfər çərçivəsində Manuel Qonsales Sansın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü də nəzərdə tutulub.

XS
SM
MD
LG