Accessibility links

Mədət Quliyev Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib


Mədət Quliyev

Mədət Quliyev

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə Mədət Quliyev Azərbaycanın milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilib.

Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub.

1996-2001-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinaytəkarlıqla Mübarizə İdarəsinin rəis müavini, 2001-2002-ci illərdə həmin idarənin rəisi, 2002-2004-cü illərdə DİN-nin Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi, 2004-2006-cı illərdə Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, 2006-2011-ci illərdə DİN-in Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində çalışıb.

2011-ci ildə Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edilib.

2012-ci ildə ona ədliyyə general-leytenantı ali xüsusi rütbə verilib.

XS
SM
MD
LG