Accessibility links

Leyla və Arif Yunusların məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb [Video]


Leyla və Arif Yunusların məhkəməsi qeyri-müəyyən vaxtadək təxirə salınıb
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Cinayət işi tədqiq olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb

Oktyabrın 20-də Bakı Apellyasiya Məhkəməsi Leyla və Arif Yunuslar barəsindəki cinayət işinin tədqiq edilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. Buna səbəb vəkil Elçin Sadıqovun Bakı Ağır Cinayətlər Məhkəməsinin protokolları ilə bağlı qeydləri səbəb olub. Vəkil protokolların tərtibində qeyri-dəqiqliyə yol verildiyi ilə bağlı qeydlər verib.

Hakim Vüqar Məmmədov ilkin baxış iclasını qeyri-müəyyən vaxtadək təxirə salıb.

Leyla və Arif Yunuslar yenə səskeçirməz şüşə qəfəsə (akvarium) salınıb. Qəfəsin qarşısında 25-dən çox nəzarətçi düzülüb, zalda oturanlar isə Yunusları görə bilmir. Zalda olanlar yüksək səslə nəzarətçilərin hərəkətinə etiraz edib. Hakimlər də özlərini bir qədər dözümsüz aparıb. Onlar əllərini stola vurmaqla zalı sakitləşdiməyə cəhd edib.

Leyla Yunus bundan öncəki məhkəmə iclasları zamanı zala daxil olarkən şüşə qəfəsə qədər olan bir neçə metrlik məsafədən istifadə edərək bir neçə sözdən ibarət bəyanatla çıxış edə bilirdi. Bu dəfə məhkəmə iclasında iştirak edəcək jurnalistləri və müşahidəçiləri 2-ci zalda oturdublar. Leyla və Arif Yunuslar 1-ci zalda şüşə qəfəsə salındıqdan sonra müşahidəçilər və jurnalistlər 1-ci zala dəvət edilib. Beləliklə, Yunusların bəyanat vermək imkanı da əlllərindən alınıb.

Yunuslara gəlincə, onların üzlərində ağrı iztirabları açıq görünür. Yunuslar yalnız çiyinlərini çəkməklə onlara qarşı edilənlərə etirazlarını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2015-ci il avqustun 13-də Leyla Yunusa 8,5 il, Arif Yunusa 7 il həbs kəsib. Leyla və Arif Yunuslar 2014-cü ilin iyulunda həbs olunub. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Yunuslar ittihamları qəbul etmir və siyasi sifariş adlandırır. Leyla və Arif Yunuslar Amnesty İnternational tərəfindən “vicdan məhbusu” elan edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG