Accessibility links

Oktyabrın 15-də Zaqatala rayonunun Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Beyləqan rayon sakini Babək Şirinov saxlanılıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşmüş B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq məqsədi müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Əfqan Şamxalov saxlanılıb.

Eyni zamanda, oktyabrın 18-də Ağstafa rayonunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azər­bay­cana qaçaqmal gətirilməsi cəhdinin qarşısı alınıb.

Sərhəd naryadı tərəfindən təqib olunan sərhəd pozucusu iki bağlamada Çin istehsalı olan 254 ədəd mobil telefonu hadisə yerində ataraq geri qaçıb.

Məlumatda həmçinin deyilir ki, oktyabrın 20-də Ağstafa rayonunun ərazisində yerləşən “Dəmirtəpə” sərhəd zastavasının xidməti sahəsində Qazax rayon sakini Elsevər Məmmədov Gürcüstandan Azər­bay­cana 30 baş iribuynuzlu mal-qara gətirərkən saxlanılıb.

Bununla yanaşı, məhkəmə saxlanılan şəxsin doğrudan da İŞİD-in tərkibində döyüşdüyünü və dövlət sərhədini İŞİD-ə qoşulmaq üçün keçmək istədiyini hələ təsdiq etməyib.

XS
SM
MD
LG