Accessibility links

Çingiz Əsgərov: Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları tam şəkildə icra olunur [Video]


Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları tam şəkildə icra olunur
please wait

No media source currently available

0:00 0:02:25 0:00

O, AŞ Nazirlər Komitəsinin qətnamələrini hüqüqdan uzaq mövqe adlandırıb

“Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları tam şəkildə icra olunur. Burada heç bir problem yoxdur və bu, sırf siyasi mövqedir, yəni onlar siyasi təzyiq göstərirlər”.

Bu barədə Azərbaycanın Avropa İnsan Hüqüqları Məhkəməsindəki nümayəndəsi Çingiz Əsgərov Amerikanın Səsinin Avropa Şurası Nazirlər Komitəsinin Əli İnsanov və İlqar Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını Azərbaycanın tam şəkildə yerinə yetirməməsinə dair qətnamələri ilə bağlı sualının cavabında bildirib.

Çingiz Əsgərov Nazirlər Komitəsinin qətnamələrini hüqüqdan uzaq mövqe adlandırıb.

Avropa Məhkəməsində Azərbaycanla bağlı hazırda kommunikasiyada olan işlərin sayı ilə bağlı suala gəldikdə isə o deyib ki, kifayət qədər şikayətlər var və rəqəm sabit olaraq qalır.

Dəqiq statistikanın Avropa Məghkəməsinin saytından götürülməsini məsləhət görüb.

“Deməzdim ki, kommunikasiyanın sayı artır, ya yox“, deyə o, bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Avropa Məhkəməsinin sədrinə ünvanladığı məktubda Azərbaycanın mövqeyini bildirilib.

"Sırf Avropa Məhkəməsində şikayətlərə baxmaq, Avropa Məhkəməsi tərəfindən müəyyən ərizələrə prioritet baxmaqla bağlı bizim iradlar var və bu iradlar onlara bildirilib. Hesab edirəm ki, bizim mövqe düzgün mövqedir”, Ç.Əsgərov qeyd edib.

Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın yeni hakiminin təyin olunması məsələsinə isə Çingiz Əsgərov AŞPA-nın aprel ayında, yaz sessiyasında baxılmasının planlaşdırıldığını vurğulayıb.

Onun sözərinə görə, gələn il yanvar ayında Azərbaycan hökuməti öz namizədlərini təqdim etməlidir.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG