Accessibility links

AŞPA monitorinq missiyasının üç üzvü: Seçkilər söz və toplaşmaq azadlığı ilə müşayiət olunmayıb


"Biz bu seçkiləri ədalətli və demokratik adlandıra bilmərik”, bu barədə AŞPA monitorinq missiyasının üç üzvü, almaniyalı deputatlar Frank Şvabe (Frank Schwabe), Ute-Finkx Kramer (Ute Finckh-Kraemer) və İrlandiyalı deputat Maykl Maknamaranın (Michael McNamara) ayrıca bəyanatında deyilir.

Deputatların Turan agentliyinə daxil olmuş birgə bəyanatında deyilir ki, “maddi-texniki bazanın mövcudluğuna baxmayaraq, bu seçkilər siyasi azadlıq, söz və mətbuat, toplaşmaq və birləşmək azadlığı ilə müşaiyət olunmayıb və buna görə demokratik hesab oluna bilməz”.

Daha sonra bəyanatda ölkədə insan hüquqları sahəsində vəziyyətin pis olduğu qeyd edilir, hakimiyyətin vətəndaş cəmiyyətinə, insan hüquqları ilə məşğul olan QHT-lərə təzyiq göstərdiyi deyilir. Məşhur hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və başqalarının qanunsuz həbsi xatırladılır.

İrlandiyalı deputat Maykl Maknamara
İrlandiyalı deputat Maykl Maknamara

“Söz və mətbuat azadlığının pozulması uzun müddətdir yerli və beynəlxalq ictimaiyyətin narahatlıq predmetidir, indi isə jurnalistlərin təqibi təmayülü və onların uydurma ittihamlarla həbsi daha da güclənib”, deyə bəyanatda bildirilir.

Sonda AŞPA Müşahidə Missiyasının üzvləri hakimiyyətin ATƏT DTİHB-nin Monitorinq Qrupunun seçkilərdə iştirakı üçün şərait yaratmamasından təəssüflərini bildirirlər.

“Biz Azərbaycan xalqına və ya onun rəhbərliyinə dərs vermək niyyətində deyilik. Biz bunun üçün gəlməmişik. Amma AŞPA Müşahidə Missiyasının verdiyi rəylərə gəlincə, nəzərə almaq lazımdır ki, bu missiya ölkənin seçki məntəqələrinin çox az hissəsində olub. Bu, seçkilərin keyfiyyəti haqqında nəticə çıxarmaq üçün kifayət deyil. Belə ki. AŞPA missiyası 125 seçki komissiyasından yalnız 1-də səslərin sayılmasının 0,5%-dən azını müşahidə edib. Bu, bütün ölkədə vəziyyət haqqında nəticə çıxarmaq üçün kifayət deyil. Amma bu seçki məntəqələrində belə açıq-aşkar pozuntular görünürdü”.

“Nəhayət, xatırlatmaq istərdik ki, AŞPA tərəfindən seçkilərin monitorinqinin prinsipi ondan ibarətdir ki, seçkilər birdəfəlik tədbir deyil, bir neçə mərhələdən ibarət fasiləsiz prosesdir. Qiymət vermək üçün bu mərhələlərin hər biri təhlil edilməlidir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG