Accessibility links

Apellyasiya Məhkəməsi Müsavat Patiyasının MSK-ya qarşı şikayətini təmin etməyib


Musavat Partiyasi

Musavat Partiyasi

Partiya Ali Məhkəməyə şikayət verəcək

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının (MSK)bu partiyanın deputatlığa namizədlərinin adlarının seçki bülletenlərindən çıxarılmaması ilə bağlı 29 oktyabr tarixli qərarından Apellyasiya Məhkəməsinə şikayət edib.

Müsdavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, şikayət ərizəsində Avropa İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü bəndinin (azad seçki hüququ) pozulmasının tanınması ilə bağlı iddia qaldırılıb.

Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Müsavat Partiyasının iddiası qəbul edilməyib.

Mətbuat xidməti bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək, müsbət cavablandırılmayacağı təqdirdə bu hüququn pozulması ilə bağlı Avropa Məhkəməsinə müraciət ediləcək.

XS
SM
MD
LG