Accessibility links

Jurnalist Rauf Mirqədirovun məhkəməsi qapalı keçiriləcək [Video]


Jurnalist Rauf Mirqədirovun məhkəməsi qapalı keçiriləcək
please wait

No media source currently available

0:00 0:03:09 0:00

Jurnalist Rauf Mirqədirovun məhkəməsi qapalı keçiriləcək

Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Zerkalo" qəzetinin jurnalisti Rauf Mirqədirovun məhkəməsi üzrə hazırlıq iclası başlayıb.

Beynəlxalq qurumların nümayəndələri məhkəmə zalına buraxılsalar da, yerli siyasətçilər və jurnalistlərin bəzisi məhkəmə zalına daxil ola bilməyib. Zala buraxılan jurnalistlərin əksəriyyəti iqtidaryönümlü medianın təmsilçiləri olub.

Məhkəmə zalında olan jurnalistlər bildirib ki, R. Mirqədirovun vəkilləri onun müdafiəçilərinin yanında əyləşməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, cinayət işinə xitam verilməsi, bəzi sübutların cinayət işindən çıxarılması, David Şahnazaryan və Laura Baqdasaryanın məhkəməyə şahid kimi çağırılması barədə vəsatətlər verib.

Dövlət ittihamçısı Mübariz Miriyev vəsatətlərin təmin olunmamasını istəyib. Prokuror eyni zamanda məhkəmə prosesinin qapalı keçirilməsini barədə vəsatət qaldırıb.

Məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Prokurorun prosesin qapalı keçirilməsi barədə vəsatəti isə təmin olunub.

Daha sonra prosesin məhkəmə baxışının vaxtı müəyyən edilib. Proses noyabrın 18-nə təyin edilib.

Rauf Mirqədirovun anası
Rauf Mirqədirovun anası

Rauf Mirqədirovun anası Rəfiqə Mirqədirova jurnalistlərə verdiyi açıqlamasında oğlunun həbs edilməsini qanunsuzluq kimi dəyərləndirib.

"Mənim oğlum heç vaxt belə işlər görməzdi.Onun bu maddə ilə cəzalandırılması haqsızlıqdır," deyə o bildirib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub.

O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə dövlətə xəyanətdə ittiham olunur. Rauf Mirqədirov ittihamı rədd edir və həbsinin siyasi baxışları, jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.

Jurnalistlə bağlı istintaqı Milli Təhlükəsizlik Nazirliyi aparıb. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG