Accessibility links

BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycan üzrə müzakirə olacaq


BMT-nin binası

BMT-nin binası

Noyabrın 11-12-də BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycan üzrə müzakirə keçiriləcək və müvafiq sessiyalar internet vasitəsilə canlı yayımlanacaq.

BMT-nin Bakı ofisinin məlumatına görə, Azərbaycan "İşgəncələrə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan davranış və ya cəzalar əleyhinə" Konvensiyanı ratifikasiya etmiş 158 ölkədən biridir və bu baxımdan öz hesabatı ilə 10 müstəqil ekspertin müntəzəm baxışından keçmək öhdəliyi var.

Komitənin Azərbaycana məxsus nümayəndə heyəti ilə dialoqu 11 noyabrda saat 10:00-13:00 arası (Bakı vaxtı ilə 13:00 – 16:00) və 12 noyabrda saat 15:00-18:00 arası keçiriləcək.

Cenevrədə 9 dekabrda saat 12:30 üçün nəzərdə tutulan mətbuat konfransında komitə Azərbaycan və təhlil edilən digər ölkələr (Lixtenşteyn, Avstriya, Danimarka, Çin və İordaniya) üzrə yekun müşahidələrinin müzakirəsini təşkil edəcək.

Bir müddət əvvəl Human Rights Watch BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə Azərbaycanda vəziyyət haqqında bu komitənin hesabat hazırlaması ilə əlaqədar ölkədə vəziyyət haqqında Memorandum təqdim edib.

HRW Azərbaycan hakimiyyəti qarşısında repressiyalara son qoyulması məsələsini qaldırmaq, Leyla və Arif Yunusun, İlqar Məmmədovun, İntiqam Əliyevin və digər siyasi məhbusların azad edilməsini tələb etmək çağırışı ilə öz tövsiyələrini təqdim edib.

Həmçinin, BMT Komitəsinə rəsmi Bakını onlarla QHT-nin bank hesabına qoyulmuş həbsləri götürməyə və onların hüquqlarının məhdudlaşdırılması və pozulması hallarını aradan qaldırmağa çağırmaq təklif olunub.

XS
SM
MD
LG