Accessibility links

AXCP sədrinin müşavirinə yeni məzmunda ittiham irəli sürülüb


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)
Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Vəkil ittihamı əsassız sayır

Noyabrım 10-da AXCP sədrinin müşaviri Məmməd İbrahimə qarşı yeni məzmunda ittiham irəli sürülüb.

Vəkili Yalçın İmanov Turana bildirib ki, cəlbetmə qərarı dünən Şüvəlandakı 3 saylı istintaq təcridxanasında Məmməd İbrahimə elan olunub.

Məlum olub ki, AXCP funksionerinə qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi, yaxud digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə yeni ittiham irəli sürülüb.

Məmməd İbrahim sentyabrın 30-da saxlanılıb və oktyabrın 3-də Nərimanov rayon Məhkəməsi barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Ona qarşı Cinayət Məcəlləsinin yalnız 221.1-ci (xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. Bu maddədə 160 saatdan 200 saatadək ictimai işlər və ya bir ilədək islah işləri, yaxud da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. CM-nin 221.2.2-ci maddəsində isə 2-dək islah işləri və ya 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

“Cinayət Məcəlləsinin 221.1-ci maddəsindəki əməl böyük ictimai təhlükə törətməyən cinayət sayılır və maksimum bir ilə qədər həbslə cəzalandırılır. Başa düşürlər ki, Məmməd İbrahimi bu maddə ilə həbsdə saxlaya bilməzlər. Ona görə də bu yeni ittihamı irəli sürdülər. Amma açıq-aşkar görünür ki, bu ittiham saxta, əsassız və qanunsuzdur”, İmanov bildirib.

Vəkilin sözlərinə görə, buna qədər Məmməd İbrahim Razi Nurullayevin tərəfdarları Mikayıl Quliyevi döyməkdə ittiham olunurdusa, indi daha iki nəfər ortaya çıxıb.

“Oruc Vəliyev və Məhəmməd Qurbanov adlı bu adamlar iddia edirlər ki, guya, Məmməd İbrahimlə Mikayıl Quliyev arasında insident zamanı onları ayırmağa çalışıblar. Amma Məmməd İbrahim onlara qarşı da zorakılıq edib, ictimai qaydanı pozub. Bu şəxslərlə Məmməd İbrahim üzləşdirilərkən AXCP sədrinin müşaviri onları ümumiyyətlə tanımadığını, ilk dəfədir gördüyünü dedi”, vəkil qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG