Accessibility links

BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib


Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə
Dilqəm Əsgərov və Şahbaz Quliyev məhkəmədə

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə Ermənistan tərəfindən girov götürülən azərbaycanlılara - Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin məlumatına görə, məqsəd onların saxlanma şəraiti ilə yaxından tanış olmaq və ailələri ilə məlumat mübadiləsini təmin etmək olub.

Onlara ailələri barəsində xəbərlər çatdırılıb və onlardan ailələri üçün məlumat alınıb.

Qeyd edək ki, Dağlıq Qarabağda məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər. Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-xcü ilin yayında erməni silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın Kəlbəcər rayonunda tutulub. Onlar qohumlarının məzarlarına baş çəkmək üçün Kəlbəcər rayonunda doğma kəndlərinə getdiklərini bildirir.

Erməni tərəfi isə bunu qəbul etmir, onları qətl törətmək və digər ittihamlarla məhkumn edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG