Accessibility links

Şəkidə AXCP-nin 3 fəalı saxlanılıb


AXCP
AXCP

Şəkidə polis AXCP-nin 3 fəalını saxlayıb. Partiyanın yerli şöbəsinin fəalları Mübariz Əbdülkərimov, Samir Həsənov və Aydın Əliməmmədov noyabrın 10-u axşam saatlarında oturduqları çay evindən rayon polis şöbəsinə aparılıb.

AXCP Ali Məclisinin üzvü Əli Abdullayev Amerikanın Səsinə bildirib ki, polis fəalların olduğu avtomobilin yolun əks istiqamətində hərəkət etdiyini bildirib və hər üç fəalı rayon polis şöbəsinə aparıb.

Onun sözlərinə görə, izahat alındıqdan sonra fəallardan Aydın Əliməmmədov gecə saat 3 radələrində azad buraxılıb və yenidən polis şöbəsinə gəlməsi tələb olunub.

“Hazırda hər üç fəal polis şöbəsindədir. Onların saxlanmasının səbəbi izah edilmir. Əgər bunların olduğu avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozubsa cərimə edilsin. Amma onlar olduğu avtomobilin sürücüsünün qaydanı pozmadığını deyirlər”, o qeyd edib.

O, Mübariz Əbdülkərimov və Samir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) ittihamı ilə protokol tərtib edildiyini bildirib və fəalların məhkəməyə aparılacağı deyib.

XS
SM
MD
LG