Accessibility links

Cəbhədə iki erməni hərbçisi öldürülüb


Müdafiə nazirliyi
Müdafiə nazirliyi

Noyabrın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Qarşı tərəfə vurulan atəş zərbəsi nəticəsində Ermənistanın diversiya qrupunun 2 üzvü öldürülüb və xeyli sayda yaralıları var. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır", məlumatda deyilir.

Öz növbəsində, Ermənistan mediası rəsmi mənbələrə istinadən iki erməni hərçisinin öldürüldüyünü bildirir.

XS
SM
MD
LG