Accessibility links

Robert Sekuta: Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiyadır [Video]


ABŞ səfiri Amerikanın Səsinin suallarını cavablandırıb

ABŞ-ın bir sıra ölkələrlə terrorizmlə birgə mübarizə aparmaq təcrübəsi var. Bu barədə jurnalistlərin sualının cavabında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, Birləşmiş Ştatlarda baş vermiş məlum 11 sentyabr hadisələrindən dərhal sonra mərhum prezident Heydər Əliyev ABŞ-a terrorizmlə mübarizə üzrə əməkdaşlıq təklif edib və o zamandan Azərbaycanla ABŞ bu cəbhədə birgə, çiyin-çiyinə mübarizə aparır.

“Ümumilikdə belə qiymətləndirmə apara bilərəm ki, ölkələrimizin təhlükəsizlik sahəsindəki əməkdaşlığı çox uğurludur. Bildiyiniz kimi Antaliyada G20 tədbiri keçirilib və ora prezident İlham Əliyev də dəvət olunub. Tədbirin əsas diqqət çəkdiyi mövzulardan biri də terrorizm, onun səbəbləri və ona qarşı mübarizədir. Burada istər ona qarşı hərbi gücdən və digər güc vasitələrindən istifadə olunması, istərsə də onu doğuran səbəblər və insanların terrorizmə bir həll yolu kimi baxmaması və terrorizmə cəlb olunmanın qarşısının alınması da ətraflı şəkildə müzakirə olunub”, Sekuta qeyd edib.

O, Amerikanın Səsinin sualının cavabında ABŞ-dan Azərbaycana yüksək səviyyəli səfərlərin olduğunu və gözlənildiyini deyib.

“Buna misal kimi ötən həftə Hərbi Dəniz Qüvvələrinin komandanının Azərbaycana səfər etməsi, prezident Əliyev və müdafiə naziri ilə görüşünü qeyd edə bilərəm. Bu həftə ABŞ-dan olan ticarәt missiyasının, gələn həftə isə yüksək vəzifəli rəsmilərin Azәrbaycana sәfәri gözlәnilir. Hansı nümayәndә heyәtinin gәlmәsindәn asılı olmayaraq iki ölkә arasında ümumi әlaqәlәrә toxunurlar, bәzәn xüsusi sahәlәrә dә diqqәt ayrılır, deyək ki, iqtisadi, ticarət, təhlükəsizlik məsələləri”.

Səfir deyib ki, kimin Azərbaycana gәlmәsindәn asılı olmayaraq iki ölkәnin әmәkdaşlıq etdiyi 3 әsas sahә - insan haqları, demokratiya, tәhlükәsizlik vә iqtisadiyyat sahәsindә müzakirәlәr aparılır. Gələn həftə Azərbaycana səfər edəck yüksək vəzifəli ABŞ rəsmilərinin görüşlərində də 3 sahə, - təhlükəsizlik, iqytisadiyyat və demokratiya da daxil olmaqla iki ölkə arasında münasibətlər müzakirə olunacaq.

“Biz müxtəlif şəxslərin və nümayəndə heyətlərinin gəlişi zamanı ölkələrimiz arasında bütün sahələr üzrə irəliləyişin əldə olunmasına çalışırıq. Bu istiqamətdə söhbətlər aparıb, addımlar atırıq. Əsas müzakirə mövzularından biri də insan haqları və demokratiya sahəsidir ki, bu da daim diqqətdə saxlanılır”, Robert Sekuta dövlət katibinin müavini Viktoriya Nulandın ötən il Azərbaycana səfəri zamanı demokratiya və insan haqları sahəsində birgə hökumətlərarası komissiyanınn yaradılması barədə əldə edilmiş razılığın nə vaxt reallaşdırılacağı ilə bağlı Amerikanın Səsinin sualının cavabında bildirib.

XS
SM
MD
LG