Accessibility links

Prezident İlham Əliyev də iclasda iştirak edib

Noyabrın 24-də Milli Məclisin yeni tərkibdə ilk iclası işinə başlayıb.

Prezident İlham Əliyev də iclasda iştirak edib.

Bu barədə president.az saytı məlumat yayıb.

Milli Məclis

Milli Məclis

İclası Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev açıb. Deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını ən yaşlı deputat aparır. Bu missiya Milli Məclisin deputatı Fəttah Heydərova nəsib olub.

İclasa sədrlik edən Fəttah Heydərov beşinci çağırış Milli Məclisin iclasını açıq elan edib.

İclasda təşkilati məsələlərə baxılaraq, Milli Məclisin sədri, müavinləri, komitələrin sədrləri seçilib.

60 yaşlı Oqtay Əsədov yenidən Milli Məclisin spikeri seçilib.

Yeni parlamentin ilk iclasında hakim Yeni Azərbaycan Partiyası onun namizədliyini irəli sürüb.

Seçki zamanı O.Əsədov gizli səsvermə yoluyla üçüncü dəfə parlamentin spikeri olub.

O bu posta 2005 və 2010-cu illərdə seçilib.

Yeni çağırış parlamentin ilk iclasında vitse-spikerlər də seçilib. Ziyafət Əsgərov birinci vitse-spiker qalıb. Bahar Muradova və Valeh Ələsgərov da vitse-spikerlərdir.

Z.Əsgərov və B. Muradova spiker Oqtay Əsədov kimi hakim Yeni Azərbaycan Partiyasının üzvləridir. V.Ələsgərov isə bitərəfdir.

XS
SM
MD
LG