Accessibility links

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib


Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib

Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlara dair ictimaiyyətə məlumat verilməsi qaydaları müəyyənləşdirilib.

Prezident İlham Əliyevin imzaladığı “Dini ekstremizmə qarşı mübarizə haqqında" Qanuna əsasən, dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılma zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.

Qanuna əsasən, aşağıdakı məlumatların yayılmasına yol verilmir:

- Dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında məlumatlar;

- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılmasına maneə törədən məlumatlar;

-Dini ekstremizmə bəraət qazandıran və ya onun təbliğinə xidmət edən məlumatlar;

- Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında məlumatlar.

Kütləvi informasiya vasitələrinin işçiləri bu məlumatların yayılmasına görə məsuliyyət daşıyırlar.

Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə bildirib ki, qanunvericilikdə dini ekstremizmlə bağlı xüsusi əməliyyatlar barədə məlumatların yayılmasının məhdudlaşdırlması normal haldır.

“Bu məhdudlaşdırmalar açıq informasiyalara çıxışı məhdudlaşdırmaq demək deyil. Qanunda göstərilənlər qapalı informasiyalar kateqoriyasına daxildir və terrorizmə qarşı qanunvericilikdə bu məhdudiyyətlər nəzərdə tutulub”, o qeyd edib.

Ekspert hesab edir ki, qanunvericilikdə anlayışlar dəqiq olmalıdır.

“Problem odur ki, dini ekstremizmin yayılması da cinayət sayılır. Bunun dini təbliğat azadllığı ilə fərqləndirmək necə mümkün olacaq? Bu sual doğurur”, Məmmədli qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG