Accessibility links

Apellyasiya məhkəməsi İlqar Məmmədov və Tofiq Yaqublunun işinə gələn il baxacaq


İlqar Məmmədov və Tofiq Yaqublu

İlqar Məmmədov və Tofiq Yaqublu

REAL-ın rəhbəri İlqar Məmmədovun işi üzrə apellyasiya şikayətinə məhkəmə baxışı 2016-cı il fevralın 25-nə təyin edilib.

Bu barədə vəkil Fuad Ağayev öz facebook səhifəsində yazıb.

Ali Məhkəmə oktyabrın 13-də REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxıblar.

Ali məhkəmənin hakimləri Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərarı ləğv edib və yenidən baxılması üçün cinayət işi Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar çıxarmışlar.

Avropa Şurası Nazirlər Komitəsinin dekabrın 8-10 tarixlərində növbəti iclası keçiriləcək. Bu iclasda İlqar Məmmədovun şikayəti üzrə qərarın icrasına yenidən baxılması nəzərdə tutulub.

T.Yaqublu və İ.Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.

17 mart, 2013-cü ildə Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar, 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxs barədə hökm verib. REAL hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

2014-cü il, mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İlqar Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İlqar Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Eyni zamanda Avropa İnsan Haqları Məhkəməsi Müsavat başqanının müvini Tofiq Yaqublu ilə bağlı qərar qəbul edib.

Məhkəmə Beynəlxalq İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb.

Qərara əsasən Tofiq Yaqublu dərhal azad edilməli, ona təzminat olaraq 24000 avro ödənilməlidir.

XS
SM
MD
LG