Accessibility links

Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində silah-sursat tapıldığını bildirir


Nardaranda etiraz

Nardaranda etiraz

Azərbaycan Daxili İşlər Nazirliyi dekabrın 7-də polis əməkdaşlarının Bakının Nardaran qəsəbəsində silah-sursat tapması haqda xəbər yayıb.

Məlumata əsasən, məişət tullantıları yığılmış yerdə 1 ədəd "Makarov" tipli tapança, 1 ədəd "Vinçester" markalı tüfəng və 13 ədəd patron aşkarlanıb.

Dekabrın 1-dən hüquq-mühafizə orqanları Nardaran qəsəbəsində əməliyyat keçirir. Evlərdə silah-sursat axtarılır.

Daxili işlər naziri Ramil Usubov deyib ki, Nardaranda bu vaxta kimi heç kim könüllü silah təhvil verməyib.

Nazir demişdi ki, kim əlində olan silahı polisə təhvil versə cinayət məsuliyyətinə cəlb olunmayacaq.

XS
SM
MD
LG