Accessibility links

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun işi üzrə proses davam edib.

Məhkəmə qapalı rejimdə keçirilir. Vəkil Fuad Ağayev Turan-a bildirib ki, şahidlərin çıxışları başa çatıb, lakin məhkəmə istintaqı davam edir.

Vəkil prosesin açıqlanması barədə iltizama əsaslanaraq ətraflı məlumat verməyib. Qeyd edib ki, şahidlərin heç biri R.Mirqədirovun əleyhinə ifadə verməyib.

O deyib ki, müdafiə tərəfi ittihamlarn əsassız olduğunu sübut edən dəlillərə malikdir və dekabrın 14-də keçiriləcək növbəti iclasa təqdim edəcək.

Jurnalist Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunur. Hüquq müdafiəçiləri R.Mirqədirovu siyasi məhbus hesab edirlər.

XS
SM
MD
LG