Accessibility links

Mədət Quliyev: MTN-dən 250 nəfərədək əməkdaş azad edilib


Mədət Quliyev

Mədət Quliyev

O nazirlikdə ixtisarlar aparılacağını deyib

Nöqsanlara yol verdiyinə görə 250 nəfərə yaxın əməkdaş Milli Təhlükəsizlik Nazirliyinin sıralarından xaric edilib.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini Mədət Quliyev bu nazirlikdə baş verən son hadisələrlə bağlı jurnalistlərin sualının cavabında bildirib.

Onun sözlərinə görə, MTN-dəki vəzifəsindən azad olunanların yerinə hələlik təyinat olmayıb.

“Milli Təhlükəsizlik Nazirliyində işdən çıxarılan şəxslərin yerinə təyinat yox, əksinə ixtisarlar aparılmalıdır. Biz hesab edirik ki, milli təhlükəsizlik nazirliyinin heyəti sayca az və operativ olmalıdır”.

M. Quliyev həmçinin qeyd edib ki, əvvəllər müxtəlif səbəblərə görə vəzifədən kənarlaşdırılan bacarıqlı əməkdaşlar yenidən xidmətə cəlb edilir.

Nazir müavini MTN-də baş verənlərlə bağlı başlanmış cinayət işindən danışarkən deyib ki, hazırda cinayət işi davam etdirilir və orda adı keçən fiqurlar təbii ki, günahı sübuta yetirilərsə, həbs ediləcəklər.

“Bu işdə kim qanunu pozubsa, qanun qarşısında cavab verəcək”, o qeyd edib.

XS
SM
MD
LG