Accessibility links

Azərbaycan və Ermənistan prezidentləri İsveçrədə görüşəcək


Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan
Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün yeri və vaxtı dəqiqləşib.

Görüş dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində keçiriləcək.

Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə baş tutacaq.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparılacaq.

Bununla yanaşı, görüşlə bağlı məlumatı Azərbaycan tərəfi hələ təsdiq etməyib. Yalnız bir neçə gün öncə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın prezidentlərin görüşünə razılıq verdiyini bildirirb. Lakin görüşün yeri və vaxtı barədə bir söz deməyib.

Azərbaycan və Ermənistan prezidentləri bundan öncə 2014-cü ilin oktyabrında Parisə görüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG