Accessibility links

Azərbaycan, İran və Gürcüstan dəmir yollarının rəhbərləri protokol imzalayıb


Azərbaycan, İran və Gürcüstan
Azərbaycan, İran və Gürcüstan

Dekabrın 22-də Təbriz şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayi, Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyətinin baş direktoru Mamuka Baxtadze arasında üçtərəfli görüş keçirilib. Bu barədə Amerikanın Səsinə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, görüşdə üç dövlətin tranzit potensialını artıraraq, Qara dəniz hövzəsindən, Gürcüstan dəniz limanları vasitəsi ilə tranzit yüklərin Gürcüstan və Azərbaycan üzərindən Fars körfəzinə catdırılması perspektivləri müzakirə olunub.

İranın artan ticarət dövriyyəsi, qeyd olunan nəqliyyat dəhlizin daha əlverişli olması da görüşün əsas müzakirə mövzularından olub. İclasın yekununda dəmir yolların rəhbərləri üçtərəfli əməkdaşlığı təsdiq edən protokolu imzalayıb.

XS
SM
MD
LG