Accessibility links

Kamran Əliyev: Ötən il cinayət başında 16 vəzifəli şəxs yaxalanıb [Video]


K.Əliyev: Keçən il cinayət başında 16 vəzifəli şəxs yaxalanıb
please wait

No media source currently available

0:00 0:02:57 0:00

K.Əliyev: Ötən il cinayət başında 16 vəzifəli şəxs yaxalanıb

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatları əsasında 2015-ci ildə 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün qurumun illik hesabatı ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

İntizam məsuliyyətinə cəlb edilən 169 vəzifəli şəxsdən 48 nəfər daxili işlər, 42 nəfər səhiyyə, 28 nəfər əmək, 13 nəfər təhsil, 1 nəfər müdafiə, 1 nəfər fövqəladə hallar nazirlikləri, 1 nəfər isə gömrük komitəsi üzrədir, digər qurumlar üzrə 35 nəfər təşkil edir.

Bundan başqa Baş prokurorluq rəsmisi bildirib ki, ötən il 14 əməliyyat tədbiri nəticəsində 16 vəzifəli şəxs cinayət başında yaxalanıb,

“2015-ci ildə idarəyə 10654 vətəndaş müraciəti daxil olub, 2100 müraciət müsbət həll edilib, 30 müraciət üzrə cinayət məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanıb”, K.Əliyev qeyd edib.

O manatın məzənnəsində baş vermiş dəyişikliklərdən istifadə edərək süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə hallarına qarşı mübarizə tədbirlərinin davam etdirildiyini bildirib.

"Bu ilin son 10 günündə idarənin həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 6 cinayət işi başlanılıb, 7 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs qət-imkan tədbiri seçilib".

Əliyev süni qiymət artımı, monopoliyalara, işbazlara qarşı mübarizənin kəskinliyi ilə davam etdirləcəyini bildirib.

"Hazırda ondan çox böyük ticarət mərkəzlərində süni qiymət artımı ilə bağlı şikayətlər daxil olub, araşdırlır. Biz həmçinin monopolist şirkətllərlə bağlı çox ciddi araşdırmalar aparırıq".

İdarə rəisi dərmanların qiymətlərində süni qiymət artımından da danışıb.

"Elə dərmanlar var ki, qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilməyib. Dərman var ki, gömrükdə 100 manata rəsmiləşdirilib, amma satışda 500-600 manata qiymət qoyulub. Bunlar da ciddi araşdırılır. Elə hallar var ki, dərmanlar qeyri-qanuni olaraq gətirlib, xəstəxanalara verilir, həkimlər vasitəsi ilə satılır", o qeyd edib.

K.Əliyev həmçinin unun satışında süni qiymət artımına qarşı mübarizənin daha da gücləndirləcəyini diqqətə çatdırıb. "Bəz hallarda topdansatış məntəqələrində bir kisəsi 26 manata alınana un, sonradan işbazlar tərəfindən 35 manata satılıb".

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG