Accessibility links

İspaniyalı deputat Pedro Aqramunt AŞ PA-nın yeni sədri seçilib.

Yeni sədr bu gün Strasburqda öz işinə başlayan AŞ PA-nın qış sessiyası zamanı seçilib.

O bu postda Ann Brassoru əvəz edib.

P.Aqramunt 2010-2015-ci illərdə AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi olub.

P. Aqramunt bu vəzifədə mandatı 2017-ci ildə bir dəfə yenilənməklə, 2018-ci ilin yanvar ayına qədər fəaliyyət göstərəcək.

Pedro Aqramunt Azərbaycan üzrə həmməruzəçi olan zaman bir sıra yerli hüquq müdafiəçiləri tərəfindən kəskin tənqid edilib və hökumətin mövqeyini müdafiə etməkdə günahlandırılıb.

XS
SM
MD
LG