Accessibility links

Ali Məhkəmə İntiqam Əliyevin şikayətini təmin etməyib [Video]


Ali Məhkəmə İntiqam Əliyevin şikayətini təmin etməyib
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Avropa İnsan Haqları Məhkəməsinə şikayət ediləcək

Azərbaycan Ali Məhkəməsi fevralın 24-də hakim Gülzar Rzayevanın sədrliyi ilə Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevin kassasiya şikayətini təmin etməyib.

Bu barədə məhkəmədə olan Amerikanın Səsinin müxbiri məlumat verib.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub. O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham olunur. 2015-ci il aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi 2015-ci il iyulun 21-də Əliyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən şikayətini təmin etməyib.

Vəkil Cavad Cavadov bildirib ki, Ali Məhkəmənin qərarını alan kimi iş üzrə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edəcək.

İntiqam Əliyevin ilkin həbsindən, işgəncə ilə bağlı 2015-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə şikayət edilib.

Şikayətdə həbs zamanı Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) və 5-ci maddəsinin (azadlıq və toxunulmazlıq hüququ) pozulduğu bildirilir. Bu şikayətlər üzrə kommunikasiyalar artıq başa çatıb.

"Amnesty International" təşkilatı İntiqam Əliyevi "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG