Accessibility links

"Müşəlman Birliyi" təşkilatının rəhbəri Taleh Bağırov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti daha 3 ay (26 iyun 2016-cı ilədək) uzadılıb.

Bu barədə T. Bağırovun vəkili Cavad Cavadov bildirib.

Qərarla razılaşmayan T.Bağırov məhkəmə qərarından apelyasiya şikayəti verəcək.

Taleh Bağırov noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.

Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG