Accessibility links

Milli Məclisin sədri Türkiyəyə gedir


Səfər zamanı ikitərəfli əlaqələrin daha da inkişafı, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq

Martın 10-11-də Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Türkiyədə rəsmi səfərdə olacaq.

Səfər zamanı Milli Məclis sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahramanla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi, hər iki parlamentdə fəaliyyət göstərən dostluq qrupları arasında münasibətlərin daha da dərinləşməsi barədə söhbətlər aparılacaq.

Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, rəsmi səfər zamanı Milli Məclis sədrinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla, baş naziri Əhməd Davudoğlu ilə görüşləri də olacaq. Bu görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişafı, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, regionda vəziyyət, bölgədəki münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG