Accessibility links

Martın 9-da Bakıda Azərbaycan və İran sərhəd qoşunları komandanları Elçin Quliyevlə Qasım Rezainin görüşündə iki ölkə arasında sərhəd təhlükəsizliyinin təminatı məsələləri müzakirə olunub.

Azərbaycan Sərhəd Xidmətinin məlumatında deyilir ki, tərəflər sərhəd-buraxılış məntəqələrinin fəaliyyətinin bərpası, Xəzərdə qanunsuz fəaliyyət, qeyri-leqal miqrasiya və qaçaqmalçılıq, qanunsuz narkotik maddə və silah dövriyyəsinə qarşı mübarizə məsələlərini müzakirə ediblər.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, tərəflər sadalanan məsələlərlə bağlı informasiya və təcrübə mübadiləsinə hazır olduqlarını bildiriblər.

Həmçinin “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi və Astara-Astara dəmir yolunun inşası baxımından əməkdaşlığın genişləndirilməsindən danışılıb.

Bundan öncə bəyan edilib ki, Bakıda Azərbaycan, İran və RF sərhəd qoşunları komandanlarının üçtərəfli görüşü olacaq.

XS
SM
MD
LG