Accessibility links

Məhkəmə Leyla və Arif Yunusları xaricə müalicəyə buraxmayıb [Video]


Məhkəmə Leyla və Arif Yunusları xaricə müalicəyə buraxmayıb
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Apellyasiya məhkəməsi Leyla və Arif Yunusları xaricə müalicəyə buraxmadı

Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb

Leyla və Arif Yunuslar
Leyla və Arif Yunuslar

Martın 11-də Bakı Apellyasiya Məhkəməsində Arif Yunus və Leyla Yunusların Yasamal rayon Məhkəməsinin qərarından verdikləri apellyasiya şikayətinə baxılıb.

A.Yunus və L.Yunus müalicə məqsədilə xarici ölkəyə getmələrinə icazə verilməsilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət etsələr də, məhkəmə onların müraciətini təmin etməyib.

Leyla Yunus
Leyla Yunus

Məhkəmənin qərarı ilə razılaşmayan A.Yunus və L.Yunus qərardan apellyasiya şikayəti verib.

Apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Leyla və Arif Yunuslar 2014-cü ilin iyul-avqust aylarında həbs olunub. 2015-ci ildə əmlakları müsadirə olunmaqla 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Həbsdən sonra Apellyasiya Məhkəməsi A.Yunusun, sonra isə L.Yunusun barəsində hökmü beş il müddətinə “şərti” cəza ilə əvəzləyib.

Vəkil Elçin Sadıqov bildirib ki, beynəlxalq ekspert L.Yunusun təcili əməliyyat edilməsi və ixtisaslaşmış xəstəxanada stasionar müalicəsinin vacibliyi haqda rəy verib.

Vəkilin sözlərinə görə, hazırda A.Yunus şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyəsində naməlum ağrılardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir.

Xarici diplomatlar leyla və Arif Yunsuların məhkəməsində
Xarici diplomatlar leyla və Arif Yunsuların məhkəməsində

Həmçinin, həkim ekspertin rəyinə əsasən, L.Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac var.

Ölkədən çıxışa qadağa qoyulması ağır xəstə ərizəçilərə münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncələrin qadağan edilməsi) pozulmasıdır.

Leyla Yunus məhkəmədə çıxışında bildirib ki, o həbsdə olanda Almaniyanın "Charite" xəstəxanasının həkimi, professor Kristian Vitt Azərbaycan həkimlərinin təkidinə baxmayaraq Yunusların həbsxana şəraitində saxlanmasının onların ölümünə səbəb olacağı ilə bağlı rəy verib.

Leyla Yunus
Leyla Yunus

"Biz indi sağ qalmağımız üçün doktor Vittə minətdarıq. Prezident İlham Əlyevə minnətdarıq ki, bunu nəzərə alaraq bizi həbsdən azad etdi. İndi evdəyik. Amma, müalicə ala bilməsək indi evdə ölə bilərik", o qeyd edib.

Leyla Yunus hakimlərə müraciət edərək deyib ki, "siz qərar qəbul etmirsiniz, onu sadəcə təsdiq edirsiniz. Amma, hamının hakimi allahdır. Sizlərdən də kimsə xəstələnə bilər. Xəstə çarpayısında yatanda bizi yada salarsınız və allahdan kömək istəməzsiniz", hüquq müdafiəçisi hakim heyətinə xatıraladıb.

Arif Yunus Azərbaycanda deyil, Almaniyada müalicə almaq istəklərini səbəbini məhkəmənin diqqətinə çatdırıb.

"Biz uzun müddətdir Azərbaycanda müalicə alırıq. Keçmiç Milli Təhlükəsizlik Nazirliyində həkimlər mənə yaxşı baxırdılar. Bunlara baxmayaraq səhhətimiz getdikcə pisləşiir. Çünki Azərbaycanda həkimlər xəstəyə köhnə sovet metodologiyası ilə baxır. Bu sbəbədən də müalicə effektli olmur. Son zamanlar müalicə üçün çoxsaylı xəstəxanaya müraciət etmişəm. Həkimlər mülicədən çəkinir. Çünki ölüm riski var və həkimlər bu riskin altına girmək istəmir. Amma, doktor Vittin müalicə metodologiyası yaxşı effekt verir. İndi nə doktor Vitt var, onun bizə yazdığı dərmanlar da tükənib. Artıq bizi ölüm gözləyir", o qeyd edib.

Arif Yunus həmçinin başının arxa nahiyyəsində kəskin ağrıların olduğunu və Azərbaycanda bununla bağlı diaqnoz qoya bilmədiklərini bildirib.

Vəkil Elçin Sadıqov Yunusların Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşlarının nəzarəti ilə xəstəxanada müalicə olunmağa razı olduqlarını da məhkəmə heyətinin diqqətinə çatdırıb.

Nəhayət prokuror şikayətin təmin edilməməsini məhkəmədən xahiş edib və məhkəmə Yunusların şikayətini təmin etməyib.

Yunuslar və vəkil məhkmənin qərarı ilə razı deyil.

"Məhkəmənin qərarı tam qanunsuzdur. Bu Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncələrin qadağan edilməsi) maddələrinin pozulmasıdır. Dövlətin əsas vəzifələrindən biri vətəndaşın sağlamlığını qorumaqdır. Biz məhkəmənin qərarından kassasiya şikayəti verəcəyik. Kassasiya şikayəti də təmin edilməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik", vəkil məhkəmədən sonra Amerikanın Səsinə bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG