Accessibility links

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıdadır

Martın 16-də İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Herbert Salber Federika Moqerininin Azərbaycana səfərindən sonra əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların açıldığını deyib.

O bildirib ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işinə öz töhfəsini verə bilər.

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən İlham Əliyev gələcək tərəfdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıldı, eyni zamanda, Azərbaycan ilə Avropa arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

XS
SM
MD
LG