Accessibility links

Anar Məmmədli: QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durum var [Video-Müsahibə]


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində həbsxanalarda məhbuslara münasibət, məhbusların saxlanma şəraiti, QHT-lərin mövcud durumu və problemin həllindən danışıb.

Amerikanın Səsi: Siz bu günlərdə həbsdən azadlığa buraxılıbsınız. Məhbusların saxlanma şəraiti ilə bağlı nə deyə bilərsiniz?

Təsəvvürünüzə gətirin ki, 250 nəfərlik bir korpusda cəmi dörd sanitar qovşağı (tualet) var. Bu da çox ciddi çətinliklərdən xəbər verir.

Anar Məmmədli: Həbsdə olduğum 2 il 3 ay müddətdə, - 1 il qapalı rejimdə Kürdəxanıdakı istintaq təcridxanasında, 1 il 3 ay isə 13 saylı cəzaçəkmə müəssisəsində yaşadım. Kürdəxanıdakı vəziyyəti nisbətən qənaətbəxş hesab etmək olar. Çünki bu yaxınlarda tikilib, istifadəyə verilmiş bir binadır. Ancaq orada da infrastrukturla bağlı müəyyən problemlər qalmaqdadır. Xüsusilə də diqqət çəkən əsas çətinlik (bizim kamerada olmasa da başqa kameralarda) sanitariya qaydalarının pozulması halları, bir də dustaqların sayından, yəni yerlərin sayından dustaqların sayının çox olmasıdır. Məsələn, 4 nəfərlik kameraya bəzən 6-8 nəfər məhkumu yerləşdirirlər. Bu da əlbəttə, çox ciddi şəkildə problemlər yaradır. 13 saylı cəzaçəkmə müəssisəsində isə ciddi problem infrastrukurla bağlıdır. Demək olar ki, kanalizasiya, elektrik, istilik, suyun verilməsi ilə bağlı çox ciddi problemlər yaşanmaqdadır. Bu da həmin obyektin ərazisinin keçmiş SSRİ dövründə tikilib istifadəyə verilməsi, çox köhnəlməsi ilə bağlıdır. Demək olar ki, sanitar qovşaqları yoxdur. Təsəvvürünüzə gətirin ki, 250 nəfərlik bir korpusda cəmi dörd sanitar qovşağı (tualet) var. Bu da çox ciddi çətinliklərdən xəbər verir. Yəni bu, bir nümunədir. Ümulikdə isə problemlər xeyli dərəcədə çoxdur.

Amerikanın Səsi: Bəzi media orqanları saxlanma yerlərində məhbusların işgəncələrə və yaxud qeyri insani münasibətlərə məruz qalması barədə məlumatlar dərc edir. Rəsmi strukturlar isə bunu inkar edir. Siz necə düşünürsünüz, saxlandığınız müddətdə belə hallarla rastlaşıbsınızmı?

Amma, özümün şəxsən şahidi olduğum belə bir işgəncə görməmişəm.

Anar Məmmədli: Konkret olaraq mənə və mənim tanıdığım, ünsiyyətdə olduğum siyasi məhkumlara qarşı belə bir münasibət baş verməyib. Müəyyən hallarda məhkum olaraq hüquqlarımızın pozulması ilə bağlı hallar olanda dərhal reaksiya verirdik və çalışırdıq bunu aradan qaldıraq. Bizim ən ciddi çətinliyimiz mətbuata abunə yazıldıqdan sonra, bu abunənin bizə çatdırılması ilə bağlı idi. Yəni, bilmirəm, bunu da informasiyaya ehtiyacı olan bir şəxs üçün işgəncə hesab etmək olar? Çünki, təsəvvürünüzə gətirin ki, dəfələrlə olub ki, bizim abunə yazıldığımız qəzetlər ya bizə verilmir, yada ki, həbsxanaya gətiriləndə oradan bəzi məqalələr kəsilib götürülürdü. Digər dustaqlar isə belə halların olduğunu bildirirdilər. Əfusular ki, biz onlara hüquqlarını başa salırdıq, onlara bildirirdik ki, bununla bağlı məhkəməyə müraciət edin, çox böyük əksəriyyət bu kimi hallardan istifadə etmirdi. Amma, özümün şəxsən şahidi olduğum belə bir işgəncə görməmişəm.

Amerikanın Səsi: Azərbaycanda Qeyri Hökumət Təşkilatlarının (QHT) azad fəaliyyəti üçün şərait varmı? Bu sahədə hansı islahatlara ehtiyac duyursunuz?

Biz təxminən SSRİ dövrünün vəziyyətinə gəlib çatmışıq.

Anar Məmmədli: Azəarbaycanda QHT-lərin fəaliyyəti ilə bağlı vəziyyəti sıfır vəziyyəti hesab edirəm. Çünki hal-hazırda Azərbaycanda vətəndaş cəmiyyəti, ümumiyyətlə vətəndaşların birləşmək azadlığına olan münasibət sıfır səviyyəsindədir. Bu dəyişilməlidir. Biz təxminən SSRİ dövrünün vəziyyətinə gəlib çatmışıq. Bank hesabları bağlanılıb, xarici donor təşkilatlarla münasibət demək olar ki, sıfıra endirilib, QHT-nin qeydiyyatdan keçirilməsi müşkülə çevrilib, xeyli sayda QHT fəalının bank hesabı dondurulub və bu günlərədək həbslər, cinayət işləri, bu kimi hallar əlbəttə QHT-lərin fəaliyyəti ilə bağlı acınacaqlı bir durumun olduğunu göstərir. Mən hesab edirəm kio, həm qanunvericiliklə bağlı, həm də mövcud ictimai-siyasi praktikanın dəyişdirilməsi ilə bağlı ciddi islahatlara ehtiyac var.

Amerikanın Səsi: Sizin rəhbərlik etdiyiniz QHT-də daxil olmaqla bir sıraQHT-lərin bank hesabları dondurulub, rəhbərlərinin xaricə çıxışına qadağa qoyulub. Bundasn sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz?

Yəqin ki, bizim ilk işimiz hazırda mövcud ictimai-siyasi vəziyyətin dəyişilməsi və normativ aktlara islahatların getməsi, təkmilləşdirmənin aparılması ilə bağlı fəaliyyət olacaq.

Anar Məmmədli: Doğrusu, bir təşkilat olaraq fəaliyyət göstərməyimiz hal-hazırda müşkülə çevrilib. Çünki biz xüsusi olaraq xarici donorlardan maliyyələşən təşkilat olmuşuq. Bizim hal-hazırda maliyyə fəaliyyətimizlə bağlı son bir il yarım bir dövrdə ciddi problemlər yaranıb. O problemi aşmaq üçün birinci növbədə qanunvericilik dəyişməlidir. O baxımdan bizim ciddi böyük layihələr həyata keçirməyimiz çətin görünür, perspektivsiz görünür. Yəqin ki, bizim ilk işimiz hazırda mövcud ictimai-siyasi vəziyyətin dəyişilməsi və normativ aktlara islahatların getməsi, təkmilləşdirmənin aparılması ilə bağlı fəaliyyət olacaq. Biz birinci növbədə özümüz üçün fəaliyyət məkanının yaradılmasına çalışmalıyıq. Ondan sonra, digər istiqamətlərdə fəaliyyət göstərməyə başlamalıyıq. Ancaq, əlbəttə ki, mən bir fərdəm və fərd kimi öz fəaliyyətimi göstərəcəm. Hansısa siyasi məhbusun azad olunması ilə bağlı, ona müəyyən dəstəyin göstərilməsi ilə bağlı və ya məhkəmə proseslərinin monitorinqi ilə bağlı fərdi qaydada iş görəcəm. Yəni öz bilik və bacarığımı bu prosesə sərf etməyə çalışacam.

Amerikanın Səsi: Hazırda həbsdə olan siyasi məhbus kimi tanınan şəxslərin azadlığa buraxılması üçün cəmiyyət və hökumət nə etməlidir? Çıxış yolunu nədə görürsünüz?

Ona görə də həm sosial medianın, həm beynəlxalq təşkilatlarla əlaqələr hesabına, ictimai təşkilatlar, siyasi partiyalar doğrudan da güclərini, səylərini birləşdirməlidir və Azərbaycanda axırıncı siyasi məhbus azadlığa çıxanadək bu prosesə töhfə verməlidirlər.

Anar Məmmədli: Hökumət bir şey etməlidir, konkret olaraq siyasi iradə nümayiş etdirməlidir. Hökumət fərqində olmalıdır ki, nə qədər ki, Azərbaycanda siyasi məhbus var, Azərbaycan dünya birliyi tərəfindən, üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qınaqlara və təzyiqlərə məruz qalacaq. Bu məsələdə ikinci bir suçlunu axtarmaq, məsuliyyətli cavabdeh şəxs axtarmağa ehtiyac yoxdur. Cəmiyyət isə buna qədər göstərdiyi səyləri daha da artırmalıdır. Çünki hal-hazırda Azərbaycan Avropa Şurasına üzv ölkələr arasında siyasi məhbus sayına görə ilk üçlükdə yerləşir. Bizim üçün utancdır ki, 21-ci əsrin əvvəllərində ölkəmizdə çoxlu sayda insan öz alternativ fikrinə, alternativ siyasi fəaliyyətinə, baxışlarına görə həbsdədir. Ona görə də həm sosial medianın, həm beynəlxalq təşkilatlarla əlaqələr hesabına, ictimai təşkilatlar, siyasi partiyalar doğrudan da güclərini, səylərini birləşdirməlidir və Azərbaycanda axırıncı siyasi məhbus azadlığa çıxanadək bu prosesə töhfə verməlidirlər.

XS
SM
MD
LG