Accessibility links

Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbərinin vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması faktı ilə bağlı cinayət işi qaldırılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi araşdırma zamanı komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Səfər İmanovun rüşvət alması və ölkəni tərk etməsi barədə mediada çoxsaylı məqalələr dərc edilib. KİV-lər Səfər İmanovun Elnur Kərimovdan aldığı rüşvət müqabilində onu Bakıda icra hakimiyyəti başçılarından birinin müavini təyin etdirəcəyi vədi verməsi barədə də məlumatlar yayıb.

XS
SM
MD
LG