Accessibility links

ABŞ dövlət katibinin müavini Azərbaycana səfərinin yekunlarından danışıb [Video]


ABŞ dövlət katibinin iqtisadi və biznes üzrə köməkçisinin məsul müavini Kurt Tonq

ABŞ dövlət katibinin iqtisadi və biznes üzrə köməkçisinin məsul müavini Kurt Tonq

Kurt Tonq Azərbaycanla iqtisadi və biznes əlaqələri ilə bağlı müzakirələr aparıb

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq aprelin 15-də ADA Universitetində tələbələrlə görüşündən sonra səfərinin yekunları ilə bağlı brifinq keçirib.

K.Tonq bildirib ki, Azərbaycan rəsmiləri, iş adamları ilə görüşüb və səfəri dünyada enerji qiymətlərinin düşməsindən sonra Azərbaycanda iqtisadiyyatın durumu, Azərbaycan hökuməti və rəsmilərinin bu durumda iş üslublarını öyrənmək məqsədi daşıyır.

“Azərbaycana səfərimin məqsədi iki ölkə arasında əlaqələrin gücləndirilməsinə töhfə verməkdir. Həmçinin iki ölkənin özəl sektorlarında fəaliyyət göstərən şəxslərinin əlaqələrinin inkişafına yardım etməkdir”, o qeyd edib.

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin müavini deyib ki, həmçinin ABŞ-ın Azərbaycana nə kimi kömək edə biləcəyini öyrənib.

“İki günlük səfərim zamanı görüşlərdə maliyyə sektoru, kənd təsərrüfatı, ticarətinin inkişafı, korrupsiyaya qarşı mübarizə sahəsində müzakirələr apardıq. Bu məsələlərin çözülməsi Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə kömək edə bilər. Səfərimin digər məqsədi o idi ki, Azərbaycanın daxili infrastrukturunun necə inkişaf etdiyini, qonşuları ilə nə kimi əlaqə qurduğunu tədqiq edim. Biz bu gün Ələt limanını müşahidə etdikdən sonra düşündük ki, bu kimi layihələr bölgədəki əlaqələri inkişaf etdirmək baxımından çox vacibdir. Başa düşürük ki, infrastruktur önəmlidir. Lakin digər proqramlar - məsələn, yüksək texnologiyaların tətbiqi də eyni əhəmiyyətə malikdir. Düşünürəm ki, ABŞ kompaniya və şirkətləri Azərbaycanla birgə işləyərək bu sahənin inkişafına önəm verir və bu istiqamətdə işləməkdə maraqlıdır”, K.Tonq bildirib.

Dövlət katibinin məsul müavini Amerikanın Səsinin iqtisadiyyatın şəfaflaşdırlması və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulu ilə bağlı suallarınlın cavabında deyib ki, özəl sektorla dövlət sektoru arasında müəyyən bir ünsiyyət olmalıdır.

“Bu ünsiyyət nəticəsində şəffaflıq məqamları əksini tapmalıdır. Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşərək Azərbaycanda iqtisadi məsələləri müzakirə edib. Ümid edirəm ki, bu kimi görüşlər daha müntəzəm şəkildə həyata keçiriləcək. Digər vacib məqam iqtisadiyyat sahəsində mövcud olan iqtisadi tənzimləyici mexanizmləri hər kəs anlamalıdır. Eyni zamanda bu tənzimləyici mexanizmləri hər kəsin şərh etmək hüququ olmalıdır. Bu öz-özlüyündə şəffaflığın artmasına təkan verə bilər”, o qeyd edib.

Onun fikrincə, Azərbaycanın ÜTT-yə daxil olması yaxşı fikirdir.

“Azərbaycan bu üzvlüklə böyük iqtisadi imkanlara malik ola bilər. Azərbaycan investisiya, biznes sahəsində də müəyyən imkanlar qazana bilər. Bu quruma üzv olmaqla Azərbaycanın həmçinin digər üzv ölkələrlə daha yaxşı əlaqələr qurmaq imkanı yaranacaq", Tonq bildirib.

XS
SM
MD
LG