Accessibility links

Pedro Aqramunt: İlqar Məmmədovun işi ilə bağlı Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm


İlqar Məmmədov

İlqar Məmmədov

Avropa Məhkəməsinin qərarının olmasına baxmayaraq, 2013-cü ilin fevralından həbsdə olan İlqar Məmmədovun işi ilə bağlı məsələnin həll olunması istiqamətində mən Azərbaycan hakimiyyəti ilə danışıqları davam etdirəcəm.

Bu barədə Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyasının ilk günündə qurumun sədri Pedro Aqramunt Azərbaycanda “siyasi məhbus” adlandırılan şəxslərin azad edilməsindən danışarkən deyib. O, Azərbaycanda olan çoxlu sayda siyasi məhbusların azadlığa buraxılmasını alqışlayıb.

“Mən çox xoşbəxtəm ki, uzun müddət həbsdə olan bir çox məhbus öz ailəsinə qovuşa bildi. Biz qəbul etməliyik ki, bu şəxslərin azadlığa buraxılması müsbət istiqamətdə atılmış addımdır. Hesab edirəm ki, bu, həm də Azərbaycan hökumətinin Avropa Şurası ilə əməkdaşlığı davam etdirməyə, məhkəmə fəaliyyətinin, o cümlədən sistem çatışmazlıqlarının aradan qaldırılması üçün yaxşı iradə əlamətidir”, o bildirib.

XS
SM
MD
LG