Accessibility links

Keçmiş MTN generalının həbs müddəti uzadıldı


Elçin Quliyevin həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Elçin Quliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Trend-in məlumatına görə, Səbail rayon məhkəməsinin qərarı ilə E.Quliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

E.Quliyev ötən il dekabrın 25-də saxlanılıb və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. E.Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Generalın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti aprelin 25-də başa çatırdı.

XS
SM
MD
LG