Accessibility links

Ali Məhkəmə müxalifətçi fəalın kassasiya şikayətini təmin etməyib [Video]


Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Murad Ədilov (Foto Murad Ədilovun Facebook səhifəsindən götürülüb)

Hüquq-müdafiə təşkilatları M.Ədilovu siyasi məhbus hesab edirlər

Ali Məhkəmə Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Murad Ədilovun kassasiya şikayətini təmin etməyib.

Məhkəmə M.Ədilovun barəsində hökmü dəyişiklik etmədən qüvvədə saxlayıb.

M.Ədilov 2014-cü ilin avqustunda külli miqdarda narkotik maddə satışında ittiham olunaraq sonradan 6 il müddətinə azadlıqdan məhrum edilib.

AXCP və QHT-lərM.Ədilovusiyasi fəaliyyətinə görə və jurnalist qardaşı – Fransada fəaliyyət göstərən “Azərbaycan saatı” telekanalının aparıcısı Natiq Ədilova təzyiq göstərmək məqsədilə həbs edilib.

Belə ki, bu resursun müəllifləri korrupsiya və insan hüquqlarının pozulmasına görə Azərbaycanı kəskin tənqid edirlər.

Hüquq-müdafiə təşkilatları M.Ədilovu siyasi məhbus hesab edirlər.

XS
SM
MD
LG