Accessibility links

Keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan çıxaraq Azərbaycana gələn Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan ailəsi ilə birlikdə üçüncü ölkəyə yola salınıb.

Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalistlərə bildirib.

Hüquq müdafiəçisi onun getdiyi ölkənin adını açıqlamayıb.

Vahan Martirosian 2015-ci ilin sentyabrında xanımı və oğlu ilə birlikdə Azərbaycana gəlmişdi. O, media qarşısında çıxış edərək Ermənistandakı ictimai-siyasi durumun ağır olduğunu bildirmişdi.

XS
SM
MD
LG