Accessibility links

Emin Millinin qaynı şərti azadlığa buraxıldı


Emin Millinin qaynı
Emin Millinin qaynı

Məhkəmə ona 3 il müddətinə şərti cəza verib

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə davam edib.

Turanın müxbirinin Amerikanın Səsinə verdiyi məlumata görə bugünkü prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov müdafiə çıxışı edib. O, çıxışında Nazim Ağabəyovun heç zaman narkotik maddədən istifadə etməyib. Vəkil onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Nazim Ağabəyov son sözlə çıxış edib.

Emin Millinin qaynı
Emin Millinin qaynı

"Məni tutmağınızın səbəbi Emin Millidirsə onunla əlaqəm yoxdur, heç zaman müxalifətçi olmamışam. Hər zaman dövlətimi dəstəkləmişəm. Vergimi vermişəm. Bəraət çıxarılmasını istəyirəm".

Prokuror ötən prosesdə məhkəmədən Nazim İbrahimovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Onun barəsində 234.4.3( külli miqdarda narkotk) maddəsi 234.1(narkotik vasitə) maddəsi tövsif edilib. 70 ( şərti cəza ) tədbiq edilərək 3 il şərti (iki ay sınaq müddəti olmaqla) şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğlu, "Meydan" TV-nin direktoru Emin Millinin qaynıdır. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərindən 6 qram heroin aşkarlanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG