Accessibility links

Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti baş verənlərə biganə olmamağa çağırıb


Xarici İşlər Nazirliyi

Xarici İşlər Nazirliyi

«ABŞ Dövlət Departamenti və Rusiya Xarici İşlər Nazirliyinin qoşunların təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük».

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında belə deyilir.

Açıqlamada qeyd edilir ki, Ermənistan silahlı bölmələri aprelin 27-si axşam saatlarından Ağdam və Tərtər rayonlarında əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutub: «Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız aprelin 27-dən 28-nə keçən gecə TərTər və Ağdam rayonlarında 20-dən artıq mülkə ciddi zərər dəyib».

Hikmət Hacıyev bildirir ki, Ermənistanın nəzarətində olan əksər ərazilərdə mülki insanlar yoxdur. O, beynəlxalq ictimaiyyəti baş verənlərə biganə olmamağa çağırıb.

XS
SM
MD
LG