Accessibility links

Raqub Məmmədov: Ağdamda vəziyyət gərgin olaraq qalır [Video]


Raqub Məmmədov: “ Ağdamda hal-hazırda vəziyyət gərgin olaraq qalır. "
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Bu barədə Ağdam İcra hakimiyyətinin başçısı Raqub Məmmədov Amerikanın Səsinə müsahibəsində bildirib

“Ağdamda hal-hazırda vəziyyət gərgin olaraq qalır. Bu gecə əlbəttə sakitçilik olub. Müvəqqəti sakitçilikdi. Ancaq buna baxmayaraq əhali arasında gərginlik var. Çünki kəndlər təmas xəttindən keçir. Tarlaların özündə işləmək çətinlik yaradır, əhali öz təssərrüfatını becərə bilmir ".

Bu barədə Ağdam İcra hakimiyyətinin başçısı Raqub Məmmədov Amerikanın Səsinə müsahibəsində deyib.

Yaralılar və ölənlər barədə isə Raqub Məmmədov 2 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını söyləyib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğunu diqqətə çatdırıb.

Dəymiş ziyan barədə verilən suala isə Ağdam İcra hakimiyyətinin başçısı 91 evə zərər dəydiyini, 16 evin tamamilə dağıldığını, kənd orta məktəbə düşən atəş nəticəsində məktəbin üst hissəsinin zərər gördüyünü açıqlayıb.

“Axırıncı atəş zamanı əsasən Əfətli ,Evoğlu, Qaradağlı, Rzalar, Çəmənli, Mahrızlı kəndlərinə daha çox zərbələr dəyib və bundan insanlar ziyan çəkib” deyə R.Məmmədov qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, aprelin 27-si axşam saatlarından başlayaraq gecə saat 4:00-a qədər erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərini 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından atəşə tutub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfin "ancaq hərbi obyektlərin"ə adekvat cavab zərbələri endirib, məlumatda deyilir.

Eyni zamanda Azərbaycan tərəfindən erməni tərəfinə, xüsusən təmas xəttinin şərq, şimal və şimal-şərq hissəsindən, “tanklar, müxtəlif çaplı minaatan, qumbaraatan və toplardan, TR-107 və MM-21 (“Qrad”) tipli reaktiv-raket sistemlərindən erməni "Müdafiə Ordusu"nun döyüş mövqeləri istiqamətində 240 mərmi” atıldığı, Madaqiz yaşayış məntəqəsinin “Qrad” tipli sistemdən atəşə tutulduğu bildirilir.

Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində 23 insident qeydə alındığını bildirir.

Ağdam sakinləri :Əhalinin canına, malına,mülkinə çoxlu ziyanlar vurulur
please wait

No media source currently available

0:00 0:01:03 0:00

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG