Accessibility links

İlqar Məmmədov azadlığa buraxılmadı


“Beynəlxalq amnistiya” təşkilatı İlqar Məmmədov və Tofiq Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb

Şəki Apellyasiya Məhkəməsində “REAL” hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat partiyası başqanının müavini Tofiq Yaqublunun apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə müdafiə tərəfinin İlqar Məmmədov və Tofiq Yaqubluya bəraət verilməsi barədə vəsatətləri təmin etməyib.

Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Xatırladaq ki, İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtisasların təşkilində ittiham edilərək mühakimə olunublar və müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Avropa İnsan Hüquqları Məhkəməsi həbs zamanı onların hüquqlarının pozulduğunu müəyyən edib və onların azadlığa buraxılması barədə qərar qəbul edib.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə kassasiya şikayətinə baxaraq işi təkrar baxılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərib. Bundan sonra işə baxılması yubadılıb və nəhayət fevralın 25-nə təyin edilib. Lakin Penitensiar Xidmətin müttəhimləri Şəkiyə aparmaq üçün nəqliyyatı “çatışmadığından” dinləmələr baş tutmayıb.

Məhkəmə yenidən aprelin 22-nə təyin olunsa da təxirə salınmışdı.

“Beynəlxalq amnistiya” təşkilatı İlqar Məmmədov və Tofiq Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG