Accessibility links

Zaqatalada keçirilən əməliyyat zamanı 6 nəfər saxlanılıb [Yenilənib]


Həbs
Həbs

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətləri Zaqatalada keçirilmiş əməliyyatla bağlı birgə məlumat yayıb.

Məlumatda deyilir ki, daxili işlər, prokurorluq orqanlarının və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə bölgədə dini dözümsüzlük və bölücülük meylləri yayan, vətəndaşları hədə-qorxu və digər zorakı üsullarla öz sıralarına cəlb etməyə çalışan, əhali arasında pozuculuq işləri aparan Zaqatala rayon sakinləri Elşad Musayev, Abakar Qazıyev, İslam Ağalarov, Vüqar Cəbrayılov, Bəşir Həmzəyev və Vaqif Padarov saxlanılıb.

Üzərliərinə və yaşadıqları ünvanlara baxış zamanı onlardan 2 ədəd avtomat silahı, 2 tapança, 13 əl qumbarası, 310 ədəd müxtəlif çaplı patron, 5 trotil şaşkası, həmçinin təbliği və yayılması qanunla qadağan edilmiş xeyli sayda dini ədəbiyyat aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

Zaqatala rayonunda (Bakıdan 418 kilometr şimal-qərb) polis radikal dini cərəyanın 5 üzvünü saxlayıb. Radikal dini cərəyan üzvlərindən qadağan edilmiş dini ədəbiyyat, silah-sursat, qumbaratanlar götürülüb. Hazırda əməliyyat davam etdirilir.

Zaqatala rayon Polis Şöbəsindən Amerikanın Səsinə məlumatı təsdiq ediblər. Hazırda əməliyyat-axtarış işləri davam etdirilir.

Mayın 1-də Zaqatala Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis kapitanı Rövşən Balıyev Əliabad qəsəbəsi ərazisində yerləşən polis məntəqəsinin qapısını açarkən partlayış baş verib. Nəticədə məntəqənin qapı və pəncərə şüşələri dağılıb, xəsarət almış R.Balıyev hospitala yerləşdirilib.

Partlayışın qumbara partlamasından baş verməsi ehtimal olunur.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG