Accessibility links

Malena Mard: Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Avropa İttifaqı üçün əsas prioritetdir [Video]


Bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib

“Cənub qaz dəhlizi layihəsinin həyata keçirilməsi Avropa İttifaqı üçün əsas prioritetdir".

Bu barədə jurnalistlərə açıqlamasında Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Səfir bu layihənin həyata keçirilməsi nəticəsində 2020-ci ilin əvvəlində İtaliyaya ilk qazın verilməsinin təmin ediləcəyini vurğulayıb.

Aİ-nin Azərbaycanın iri ticarət tərəfdaşı olduğunu nəzərə çatdıran M. Mard qeyd edib ki, ittifaq bundan sonra da qarşılıqlı ticarət və investisiyaların artırılmasında maraqlıdır.

O bildirib ki, Aİ rəhbərliyi layihənin vaxtında həyata keçiriləcəyinə əmin olmaq üçün hər şey etməyə hazır olduğunu göstərir.

M.Mard Cənub qaz dəhlizinin bir hissəsi olan Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinin başlanmasına həsr olunmuş mərasimin mayın 17-də Yunanıstanın Saloniki şəhərində keçiriləcəyini də xatırladıb.

TANAP-ın ümumi dəyəri 10 mlrd. dollar kimi dəyərləndirilir. TANAP-ın 2018-ci ildə təhvil veriləcəyi gözlənilir. TAP boru kəməri (Yunanıstan-Albaniya-İtaliya) tikildikdən sonra 2020-ci ildə qaz Avropaya nəql olunacaq.

XS
SM
MD
LG