Accessibility links

Apellyasiya məhkəməsi AXCP sədrinin müşavirini həbsdə saxladı


Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Məmməd İbrahim (Foto Sancaq facebook səhifəsindən götürülüb)

Mayın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası AXCP sədrinin müşaviri Məmməd İbrahimin apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Yalçın İmanov bildirib.

Onun sözlərinə görə, hakim AXCP sədr müşavirinin 3 il azadlıqdan məhrum edilməsi barədə 1-ci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Vəkil Məmməd İbrahimin çıxışı barədə məlumat verərək bildirib ki, o, məhkəmədə həbsini siyasi fəaliyyəti ilə əlaqələndirib, məhkəmədən heç bir gözləntisi olmadığını diqqətə çəkib.

Vəkilin sözləinə görə hakim arada Məmməd İbrahimin sözünü kəsərək , mahiyyəti üzrə danışmağı istəyib.

Qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyən vəkil, Ali Məhkəmə də şikayəti təmin etməsə, Avropa Məhkəməsinə müraciət edəcəyiini xatırladıb.

“Artıq Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkanla bağlı ilkin şikayət Avropa Məhkəməsinə göndərilib. Şikayətdə Konvensiyanın 5-ci maddəsi göstərilib” deyə vəkil qeyd edib.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. O, Mikayıl Quliyevi vurmaqda ittiham olunub, ona CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Martın 15-də Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Məmməd İbrahim 3 il azadlıqdan məhrum edilib. O, ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG