Accessibility links

Naxçıvanın keçmiş milli təhlükəsizlik naziri yenidən təcridxanaya qaytarılıb


Vsif Talıbov və Vəli Ələsgərov

Vsif Talıbov və Vəli Ələsgərov

Vəli Ələsgərov böyük ölçüdə mənimsəmə, sui-istifadə və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov barəsində mayın 14-də ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib. Keçmiş nazir yenidən təcridxanaya qaytarılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Vüqar Xasayev bildirib.

Vəkil keçmiş nazirin barəsində ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsinin səbəbləri barədə məlumatsızdır. O, hazırda Naxçıvandadır və Ələsgərovla görüşməyə çalışır.

Vəli Ələsgərov nazir vəzifəsindən 2015-ci il dekabrın ortalarında azad edilib. Bu il martın 7-də həbs edilib və Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 309.1-ci (böyük ölçüdə mənimsəmə, sui-istifadə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

Martın 29-da V.Ələsgərov ev dustaqlığına buraxılıb. Ələsgərov ev dustaqlığına buraxıldıqdan sonra işgəncələrə məruz qalması, özünün və yaxın qohumlarının mülkiyyətlərinin əllərindən alınması və çoxsaylı qohumlarının vəzifələrindən azad edilməsi ilə bağlı bəyantalarını mətbuat orqanları vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırıb.

XS
SM
MD
LG