Accessibility links

HRW: Formula -1 rəhbərliyi Azərbaycan hökumətini fəalları və jurnalistləri azadlığa buraxmağa çağırmalıdır


Jane Buchanan (HRW)
Jane Buchanan (HRW)

“Formula- 1 rəhbərliyi Azərbaycan hökumətini haqsız yerə həbsə atılmış fəalları və jurnalistləri Avropa Qran Prisi öncəsi azadlığa buraxmağa çağırmalıdır”. Bu bəyanatla mayın 17-də Hüquqlar Uğrunda İdman koalisiyası çıxış edib.

“Formula 1 rəhbərliyinin əlində bir fürsət var ki, Azərbaycan hökumətini bu yarışlardan öncə insan haqlarının yaxşılaşdırılması naminə konkret addımlara çağırsın”, Human Rights Watch insan haqları təşkilatından Jane Buchanan deyib.

Bakıda "Formula1" yarışları bu il iyunun 17-19-dək keçiriləcək. Bu yarışlar 2021-ci ilə kimi hər il Bakıda olmalıdır. Əks halda Azərbaycan cərimələrlə üzləşə bilər.

Azərbaycan müxalifəti bu yarışlara böyük pulların xərclənməsini dəstəkləmir. Onların fikrincə, həmin pullar ölkədə yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial problemlərinə sərf edilməlidir.

Hüquqlar Uğrunda İdman koalisiyası Azərbaycanda insan haqlarının durumuna diqqət çəkmək məqsədilə yaradılıb.

Hakimiyyət təmsilçiləri insan haqları pozuntularına dair tənqidləri qəbul etmir, ölkədə bütün təməl haqların qorunduğunu bildirir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG